XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

25 Aprel 2017 - 11:59

 Fransua Olland:"Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur".

"Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur".

Bu barədə Fransa prezidenti Fransua Olland uydurma "erməni soyqırımı"nın 102-ci ildönümünə həsr olunmuş anım mərasimində çıxışı zamanı deyib.

“Bu münaqişə hər il gənc insanların həyatına son qoyur. Son zamanlar münaqişə daha da kəskinləşib, tez-tez hücumlar baş verir. Düzdür, tərəflər 23 ildən çox müddətdir ki, danışıqlar aparır, lakin biz gərək məsələnin həllini tapaq, çünki status-kvo qəbuledilməzdir. Bu münaqişənin hərbi həlli yoxdur”, – deyə səlahiyyət müddəti başa çatmaqda olan prezident söyləyib.

Ölkəsinin danışıqlar prosesində cəlb olunduğunu xatırladan F. Ollandın sözlərinə görə, Minsk qrupunun həmsədr ölkəsi kimi Fransa məsələnin həllinin tapılmasına can atır. 

APA