XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

02 Noyabr 2015 - 09:33

Ərdoğan “meydan oxudu”: «Hörmət etməlisiz!»

7 iyun seçkisindəki məğlubiyyətdən sonra 4 gün gözə dəyməyən və nəticələri yazılı açıqlama ilə dəyərləndirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu dəfə tez üzə çıxıb.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən keçirilən parlament seçkilərində AKP-nin qələbəsi və təkbaşına iqtidar qura bilmək imkanı qazanması prezident Ərdoğanı seçkinin sabahısı açıqlama verməyə ruhlandırıb. 

Eyüp Sultan Məscidindəki səhər namazından sonra jurnalistlərə açıqlama verən Ərdoğan seçkinin nəticəsini millətin iradəsinin nümayişi kimi qiymətləndirib: «Rəbbimizdən milli iradə ilə ortaya çıxan nəticənin ölkəmiz və millətimiz üçün xeyirli olmasını diləyirəm. Bir olaq, var olaq və birlikdə Türkiyə olaq. üzərimizdə oynanılan oyunlara cavab verməliyik. Millətimə təşəkkür edirəm».

Ərdoğan açıqlamasında aylardır onu tənqid hədəfinə alan dünya mediasını da unutmayıb: «Türkiyə ilə bu qədər maraqlanmaqdansa, öz ölkələrinə diqqət ayırsınlar. Səslərin yüzdə əllisini toplayan bir iqtidar var. Bütün dünya bu nəticələrə hörmət etməlidir. Millətim sağ olsun, var olsun».