XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

25 Aprel 2017 - 12:32

Birinci vitse-prezidentin fəaliyyəti ilə bağlı qanun dəyişdi –Detallar

"Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilib. 

Bu haqda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. 

O qeyd edib ki, qanunun 11.1.1.1-ci maddəsindəki "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Administrasiya rəhbərinin vəzifəsi," sözlərinin "orqanın rəhbərinin vəzifəsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi," sözləri ilə əvəz edilməsi təklif olunur. 

Həmçinin "Azərbaycan Respublikası Dövlət müşavirlərinin" sözlərinin "Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanda müşavirlərin" sözləri ilə əvəzlənməsi istənilir. 

Bununla yanaşı, qanunun 11.1.2.1-ci maddəsindəki "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Administrasiya rəhbərinin müavini," sözlərinin "orqanın rəhbərinin müavini, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin müavini," sözləri ilə, "habelə həmin dövlət orqanlarında bölmə rəhbərlərinin vəzifələri" sözləri "həmin orqanlarda bölmə rəhbərlərinin vəzifələri, habelə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisinin vəzifəsi" sözləri ilə əvəz edilməsi təklif edilir. 

Qeyd edək ki, dəyişikliyin mahiyyəti ölkədə birinci vitse- prezidentlik institutunun yaradılması və orada çalışanların qulluq səlahiyyətləri ilə bağlıdır.

Qafqazinfo