XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

25 Aprel 2017 - 13:15

Deputat Hadı Rəcəbli:"Təəccüblənirəm ki, Asim Mollazadə belə mövqedədir"

Milli Məclisdə Mənzil Məcəlləsinə edilən dəyişikliklər fikir müxtəlifliyinə səbəb olub.

Strateq.az musavat.com-a istinadən xəbər verir ki, deputat Asim Mollazadə qanun layihəsinin qəbulunun əleyhinə çıxıb.

Yaşayış binalarındakı mənzillərin otel və ya hostellərə çevrilməsini düzgün saymayan deputat bunları bildirib:

"Qanunvericiliyə təklif olunan variant dünya təcrübəsinə ziddir. Yaşayış ərazisində mehmanxana və ya hostellərin yerləşdirilməsi vətəndaşların hüquqlarını poza bilər. İnsanların öz yaşayış sahəsində sakit yaşamaq hüququ var, biz bu qanunla həmin hüququ pozmuş olacağıq. Bu düzəliş bizim vətəndaşların şəxsi mühitinə müdaxilədir. Ona görə mən bu düzəlişin əleyhinəyəm”.

Komitə sədri Hadı Rəcəbli isə deyib ki, dünyanın 10 qanununu tərcümə edərək ondan bəhrələniblər: 

"Mən çox təəccüb edirəm ki, müasir dünyagörüşə malik olan Asim müəllim bu mövqedədir. Onun bu fikirləri tamamilə bugünkü tələblərə cavab verməyən fiklirlərdir. Avropada ayrıca evlərin turizm obyekti kimi istifadə olunması nümunələri var. Biz bu dəyişikliklərlə bürokratiyanın qarşısını xeyli alacağıq və turizmin inkişafına xidmət edəcəyik”.

Spiker Oqtay Əsədov da onu müdafiə edib: "Elə götürək Türkiyənin şəhərlərini. Elə şəhərlər var ki, otel sayı az olsa da, ora hər ay 100 minlərlə turist gəlir, mənzil turizmi olmasa, o qədər turisti yerləşdirmək mümkün deyil”.

Deputat Əflatun Amaşov qanun layihəsini müdafiə edərkən Gürcüstan nümunəsini gətirib: "Keçən il Gürcüstana 6 milyon turist gəldi və nəticədə ölkə 2 milyarda yaxın gəlir əldə etdi. Üstəlik, Gürcüstana gələn turistlərin 70 fazi ayrı-ayrı ailələrdə yaşadı. İnsanlıarın hüququ var ki, öz evlərini turistlərin üzünə açsınlar. Ona görə də mən bu düzəlişi kifayət qədər vacib və əsaslı sayıram. Bu, turizmin ikişafına töhfə verəcək”.

Səsvermə ilə dəyişikliklər qəbul edilib.