"AŞPA-nın Türkiyə ilə bağlı qərarı qərəzlidir".
Bu barədə bəyanatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb.
“Bu qərar FETÖ kimi təşkilatların işinə yarayacaq. Qərar Avropa Birliyinin bəsirətsizliyini göstərir”, – deyə bəyanatda bildirilib/Axar.az.
Qeyd edək ki, AŞPA bu gün Türkiyənin yenidən siyasi nəzarət prosesinə cəlb edilməsi haqqında qərar qəbul edib. Türkiyə siyasi nəzarət prosesindən 2004-cü ildə çıxarılmışdı.