XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

26 Aprel 2017 - 00:20

Ərdoğandan ABŞ-ın etirazına cavab:"Terroristlər tam yox olana qədər əməliyyat sürəcək"

Türkiyə prezidenti Ərdoğan bu gün İraq ərazisindəki PKK-nı bombalamalarına etiraz edən ABŞ-a cavab verib.

Strateq.az xəbər verir ki, Ərdoğan "əməliyyatla bağlı ABŞ və Rusiyaya məlumat verdik", – deyə, bildirib.

Türkiyə prezidenti əlavə edib ki, terroristlər tam yox olana qədər əməliyyat sürəcək.

Xatırladaq ki, bu gün ABŞ Dövlət Departamentinin rəsmisi Mark Toner Türkiyənin İraqdakı PKK-çılara zərbəsini pisləyərək, deyib: "Bu zərbələr koalisiya tərəfindən dəstəklənməyib və "Peşmərgə”nin üzvləri də daxil olmaqla,  İŞİD-lə mübarizədə tərəfdaşlarımızın faciəvi ölümünə səbəb olub”.

Onun sözlərinə görə, İraq ərazisində bütün hərbi əməliyyatlar bu ölkənin suverenliyinə xələl gətirməməlidir: "Türkiyənin və İŞİD-lə mübarizə aparan digər tərəfdaşlarımızın addımlarının əlaqələndirməsi  həyati əhəmiyyət daşıyır”.   

Qeyd edək ki, Türkiyə Hərbi-Hava Qüvvələri bu gün kürd terror qruplaşmalarının (PKK, PYD, YPG) Suriya və İraqdakı mövqelərinə güclü zərbələr endirib, 70-dən çox terrorçunun məhv edildiyi, xeyli yaralının olduğu bildirilir.  

Strateq.az