XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

02 Noyabr 2015 - 12:21

«Guardian»: «Siyasi həyatının qumarını oynadı və…»

Britaniyanın nüfuzlu «Guardian» qəzeti Türkiyədəki parlament seçkilərinin nəticələrini prezident Ərdoğanın siyasi həyatının qumarı adlandırıb: «Türkiyənin davakar prezidenti Ərdoğan bazar günü siyasi həyatının qumarını oynadı və qalib gəldi».

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, qəzet Türkiyə prezidentinin stabillik vədinin xalqa baha başa gələ biləcəyini yazıb: «Ərdoğan 7 iyun seçkisini uduzandan sonra ağır zərbə almışdı. Budəfəki qalibiyyətdən sonra sabitlik vədi verdi. Türklər Ərdoğanın vəd etdiyi sabitlik üçün ağır bədəl ödəyə bilər. Ərdoğanan bu vədi qorxuya  – qonşulardan, kürdlərdən, əcnəbilərdən, amerikalılardan, Avropadan və nəhayət insanların bir-birindən qorxmasına söykənir. Ərdoğan «məndən sonra tufan qopacaq» siyasətini həyata keçirərək situasiyanı dəyişdirəcəyini düşündü. Prezident kimi, tərəfsiz olmalı olduğu halda sabitlik və təhlükəsizlik sözləri dilindən düşmədi. Və xeyli seçici Ərdoğanın bu xəbərdarlığını nəzərə aldı».