XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 April 2017 - 13:45

Bakı şəhərinə yeni prokuror təyin edildi –Zakir Qaralov rəis müavininə vəzifə verdi

Bakı şəhərinə yeni prokuror təyin edilib. 

Bununla bağlı Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini İlqar Abbasov tutduğu vəzifədən azad edilərək Bakı şəhər prokuroru təyin edilib(APA).

Qeyd edək ki, Bakı şəhər prokuroru olmuş Əziz Seyidovun səlahiyyət müddəti başa çatıb. Aprelin 25-də Ə. Seyidov Milli Məclisin qəbul etdiyi qərarla Ali Məhkəmənin hakimi seçilib.