XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

02 Noyabr 2015 - 14:11

Diplomatlarımız bu qanuna əsasən cəzalandırılacaq – QANUN
 
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev “Diplomatik xidmət haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2015-ci il 30 sentyabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.
 
Qanuna edilən dəyişikliklərə görə Azərbaycan diplomatlarının yol verdikləri nöqsanlarla bağlı cəzaların əhatə dairəsi genişləndirilir, diplomatların məsuliyyət hissi artırılır.
 
Konkret olaraq xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmətlə bir araya sığmayan hərəkətlərə görə diplomatik əməkdaşların rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilər.
 
Qeyd edək ki, müvafiq maddənin köhnə variantı belə olub: “Azərbaycan Respublikasının və olduqları dövlətin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, diplomatik xidmət əməkdaşlarının rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilər”.
 
Əlavədən sonra qanunun 11.2-ci maddəsi belə olub: “Xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmətlə bir araya sığmayan hərəkətlərə görə, habelə Azərbaycan Respublikasının və olduqları dövlətin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, diplomatik xidmət əməkdaşlarının rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilərlər”.
 
APA