XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

02 Noyabr 2015 - 14:42

“Rusiya müharibənin yenidən başlamasını…” – Matviyenkodan Qarabağ açıqlaması

“Rusiya müharibənin yenidən başlamasını istisna edən siyasi həlli davamlı dəstəkləyərək Dağlıq Qarabağ münaqişəsinin həlli üçün digər ölkələrdən daha çox səy göstərir”.

Bu sözləri Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Ermənistan səfəri öncəsi “news.am” saytına müsahibəsində deyib.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi postsovet məkanında ən uzun sürən münaqişələrdən biridir: “Münaqişə hələ Sovet İttifaqı zamanında başlayıb və 30 ilə yaxındır davam edir. Hesab edirəm ki, hər kəsə bu gün aydın olmalıdır ki, münaqişə heç bir tərəfə problemdən başqa heç nə vermir. Onun həlli yollarının axtarılması da ləng gedir. öz adımızdan deyə bilərəm ki, Rusiya digər ölkələrdən daha çox səy göstərir. Rusiya aktiv şəkildə ATƏT və BMT platformalarında problemin həlli üçün çalışır, Azərbaycan və Ermənistan rəhbərliyi ilə ikitərəfli danışıqlar aparır. Bizim münaqişə ilə bağlı mövqeyimiz davamlıdır. Rusiya müharibənin yenidən başlamasını, qan tökülməsini və humanitar faciə riskini istisna edən siyasi həlli dəstəkləyir”.

V. Matviyenko münaqişənin sülh yolu ilə həlli yollarını axtarmaq üçün Azərbaycan və Ermənistan parlament üzvləri, iş adamları, mədəniyyət və elm xadimlərinin görüşlərinin vacibliyini qeyd edib: “Bu kimi əlaqələr xalqlar arasında etimadın bərpasına xidmət edir. Bu isə siyasi həll tapıldıqda onun uğurla həyata keçirilməsi üçün vacib amildir”(palitranews).