XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

02 Mart 2015 - 09:42

Azərbaycan Ordusu daha bir əsgəri itirdi

mudafie-nazirliyi.jpg

Azərbaycan Ordusunun daha bir əsgəri vəfat edib.
Strateq.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə xidmət edən 28.08.1990-cı ildə anadan olmuş, 07.01.2015-ci ildə Qusar rayonundan hərbi xidmətə çağırılmış əsgər Pərvanayev Vicay Gülmət oğlu ilkin araşdırmaya əsasən kəskin ürək və tənəffüs çatışmazlığı səbəbindən martın 2-də vəfat edib.
Hazırda məhkəmə-tibb ekspertizası araşdırma aparır.
Hərbi Prokurorluq tərəfindən fakt üzrə cinayət işi başlanılıb.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!