XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 April 2017 - 18:49

Prezidentdən turizmin inkişafı ilə bağlı sərəncam –Dəyişiklik

Bu gün Prezident İlham Əliyev "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli Sərəncamına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1492) aşağıdakı məzmunda 3.2-1-ci bənd əlavə edilib:

"3.2-1. bu Sərəncamın 4.10-cu bəndində nəzərdə tutulan Turizm Reyestrinin aparılma qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin;”.