XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

02 Noyabr 2015 - 17:17

Prezident iqamətgahına hücum: yaralanan var – VİDEO

erdogan3.jpg

Türkiyə prezidentinin iqamətgahının qarşısında atışma olub.

Türkiyə mətbuatının məlumatına əsasən, Prezident Rəcəb Tayyib Ərdoğanın İstanbuldakı iqamətgahına 20 yaşlı bir gənc hücum edib. O, israrla iqamətgaha daxil olmağa çalışsa da, polislər ona mane olublar. Bu zaman gənc asayiş keşikçisinin tapançasını götürərək, onlardan birinə atəş açıb və onu yaralayıb. Sonra tapançanı başına sıxaraq özünü öldürmək istəyib, lakin ona mane olublar. Nəticədə gənc yaralanıb.

Yaralı oğlanı Maslak Acıbadem Xəstəxanasına aparıblar. Ağır yaralı olan və həyati təhlükədə olan gəncin başından aldığı güllə nəticəsində ağıl tarazlığının yerində olmadığı deyilir.

Hadisə ilə bağlı istintaq aparılır. Həmin şəxsin prezident iqamətgahına gəlməsinin səbəbi araşdırılır(ANS).

Prezidentin Huber iqamətgahı İstanbulun Sarıyer rayonunun Tarabya hissəsində yerləşir.