XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 April 2017 - 11:04

Azərbaycanlı diplomatın arvadı oğurluqda ittiham olunur –ABŞ-da diplomatik skandal

Azərbaycanlı diplomatın həyat yoldaşı ABŞ-da mağazalardan birindən oğurluq etməkdə ittiham olunur.

"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin birinci katibi Fərid Cəbrayılovun həyat yoldaşı 29 yaşlı Mehriban Cəbrayılova uşaq arabasına qoyduğu 188,88 dollarlıq malın ödənişini etmədən univermaqdan çıxmağa çalışıb. Mühafizəçi onu saxladıqda isə Cəbrayılova diplomatik toxunulmazlığı olduğunu bildirib.

Bundan sonra diplomatın həyat yoldaşı buraxılıb. Lakin bununla bağlı dövlət departamentinə məlumat verilib. Belə ki, bu kimi hallarda həmin şəxslərin diplomatik toxunulmazlığı ləğv edilə və haqlarında cinayət işi açıla bilər. Adətən cinayət işinin daha ağır cinayətlər üçün açıldığı da vurğulanır.

M.Cəbrayılova hadisəni şərh etməkdən imtina edib.

Diplomat isə belə bir hadisənin baş vermədiyini deyib. Univermağın meneceri isə şərh verməkdən imtina edib.