XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

03 Noyabr 2015 - 06:52

Mədət Quliyevə daha bir vəzifə verildi – Nazir müavini komissiya sədri oldu

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri postuna yeni təyinat olub.

Strateq.az ölkə saytlarında yayılan xəbərə istinadən bildirir ki, milli təhülkəsizlik naziri vəzifəsini icra edən general-leytenant Mədət Quliyev prezident İlham Əliyevin noyabrın 2-də imzaladığı sərəncamla Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri təyin edilib.

Qeyd edək ki, bu komissiyanın fəaliyyəti barədəki nizamnamənin müddəalarına görə, onun sədri postunu Azərbaycanın milli təhlükəsizlik naziri tutmalıdır.

Xəbər verdiyimiz kimi, Eldar Mahmudov oktyabrın 17-də milli təhlükəsizlik naziri vəzifəsindən çıxarılandan sonra bu komissiyanın sədri postu da boş qalmışdı. Yəni E.Mahmudov nazir vəzifəsini itirməklə sözügedən komissiyanın sədri postundan da avtomatik olaraq məhrum olmuşdu.