XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

27 Aprel 2017 - 13:22

“Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz” –İranın müdafiə nazirindən Moskvada mesaj

Beynəlxalq təhlükəsizlik konfransı ilə əlaqədar Moskvada səfərdə olan Ermənistanın müdafiə naziri Vigen Sarkisyan iranlı həmkarı Hüseyn Dehqanla görüşüb.

AzVision.az Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesini müzakirə ediblər. 

“Qarşılıqlı maraq doğuran bir sıra məsələlər, həmçinin Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə edilib. Nazirlər bir daha vurğulayıblar ki, münaqişənin hərbi yolla həlli yoxdur”, -deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, V.Sarkisyanın rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 26-dan 27-ə qədər Moskvada keçiriləcək təhlükəsizlik məsələləri üzrə 6-cı beynəlxalq konfransda iştirak edir. Konfrans zamanı erməni nazir Moskvada bır sıra görüşlər keçirməyi planlaşdırıb.