Misirdən Sankt-Peterburqa uçan A321 təyyarəsinin niyə qəzaya uğradığı ilə bağlı yekun rəy hələ ki açıqlanmayıb. 224 nəfərin həyatına son qoyan qəzanı İŞİD üstlənsə də, Rusiya və Misir hökumətləri bunu təkzib edirlər.
Qərb mətbuatı da İŞİD-in bu qədər yüksəklikdə uçan təyyarəni vura biləcək silahlara sahib olmadığını yazıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın nüfuzlu «Stratfor» analitik mərkəzinin ekspertləri qəzanın səbəbi ilə bağlı sensasion açıqlama yayıblar.
Ekspertlər bildirir ki, Rusiya təyyarəsinin göyərtəsində bomba olub və qəza bu səbəbdən baş verib. Onların fikrincə, təyyarənin bu qədər yüksəklikdə parçalanması nadir haldır və bunun elektroavadanlıqlardakı nasazlığa görə baş verməsi mümkün deyil. çünki bu halda pilotların manevr etmək və təyyarəni endirmək imkanı olur.