XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

27 Aprel 2017 - 15:59

Rəsmi Tehrandan 10 əsgərinin ölümü haqda ultimatum:"Pakistan buna görə cavab verməlidir”

“Təkfirçi, ifratçı və zorakılıq yayanların əlində oyuncaq olan silahlı qruplaşmaların İran-Pakistan sərhədlərində terror hərəkətləri etməsi qəbulolunmazdır. Pakistan hökuməti buna görə cavab verməlidir”.

Bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi Pakistanla sərhəddə baş vermiş insident zamanı iranlı sərhədçilərin ölümünə münasibət bildirərkən deyib.

O bildirib ki, Pakistan hökuməti öz ərazisində terrorçu qruplaşmaların necə əməliyyat keçirməsi ilə bağlı suala cavab verməlidir:

“Terrorçulara zidd koalisiyalarda yer almış ölkələr cavab verməlidir ki, necə olur, öz torpaqlarında terrorçu qruplaşmalarla mübarizədə acizdirlər?”.

B. Qasiminin sözlərinə görə, İran İslam Respublikası bu məsələni  araşdırmaq üçün bütün diplomatik və digər imkanlardan istifadə edərək öz hüquqlarını qoruyacaq.

Qeyd edək ki, İran Polisinin sözçüsü Səid Müntəzirul-Məhdi də bəyan edib ki, hadisənin məsuliyyəti Pakistan hökumətinin üzərinə düşür. Xatırladaq ki, ötən gün Pakistanla sərhəddə silahlı qruplaşma üzvləri ilə baş vermiş atışma nəticəsində 10 iranlı sərhədçi həlak olub, 3-ü yaralanıb.

APA