XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

27 Aprel 2017 - 17:37

“Nazirlərin danışıqları medianın iştirakı olmadan keçiriləcək” –Rusiya XİN

"Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışıqları ənənəvi olaraq qapalı keçiriləcək".

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, sabahkı görüşün protokol hissəsi açıq olacaq: "Nazirlərin danışıqları təbii ki, medianın iştirakı olmadan keçiriləcək. Lakin bu o demək deyil ki, danışıqlar prosesində nəsə gizli saxlanılır. O ki qaldı nazirlərin daha sonra mətbuat konfransı keçirib-keçirməyəcəklərinə, bu barədə heç nə deyə bilmərəm. Yəqin nazirlər öz aralarında razılaşandan sonra müvafiq addım atılacaq".

APA