XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

03 Noyabr 2015 - 08:17

Prezidentin qızı hamının gözü qarşısında anasını şillələdi – FOTO, VİDEO

Honqkonq prezidentinin gənc qızı qalmaqallı hərəkəti ilə dünya mediasının gündəminə gəlib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, «Hellouin» bayramı ilə bağlı əyləncəyə qatılan 24 yaşlı Lyan çjenyanla anası arasında mübahisə yaranıb.

İnsidentlə bağlı yayılan videodan görünür ki, prezidentin xanımı Regina Lyan qızını əyləncəli tədbirdən çıxararaq evə aparmaq istəyir. Gənc qız isə hamının gözü qarşısında anasına iki dəfə şillə vurur. 

Regina Lyan mətbuata açıqlamasında qızını müdafiə edib. Bildirib ki, Lyan çjenyan yaxşı və mərhəmətli qızdır, heç kimi incitmək istəməyib.

Prezident xanımı jurnalistlərdən qızının şəxsi həyatına hörmət etməyi xahiş edib. 

Mətbuatın yazdığına görə, Honqkonq liderinin qızı anası ilə münasibətlərində problemlər yaşadığını bundan əvvəl də bir neçə dəfə dilə gətirib.