Suriyanın Tel Abyad bölgəsindən Türkiyə Silahlı Qüvvələrinin hərbi hissəsinə raket zərbələrinin müşaiyəti ilə hücum olub.
Strateq.az Türkiyə mediasına istinadən bildirir ki, PKK-nın bir qolu olan YPG silahlılarının hücumlarına sərt cavab verilib.
Türkiyə Silahlı Qüvvələrinin (TSK) yaydığı rəsmi məlumata görə, YPG Türkiyə ordusunun 11-ci hərbi birləşməsinə bağlı olan posta 13 dəfə müxtəlif qurğulardan raket zərbəsi endirməklə, hücum etməyə cəhd edib:
"Həmin hücum və zərbələrə artıqlaması ilə, həddən artıq təsirli cavab verilib".
TSK hələ ki olayın tam təfərrüatını açıqlamayıb.
Strateq.az