XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 November 2015 - 13:19

Merkeldən qorxulu xəbərdarlıq: «Yeni savaş başlaya bilər»

Almaniya kansleri Angela Merkel Avropa Birliyi ölkələrinin öz sərhədlərini miqrantların üzünə bağlayacağı təqdirdə, Balkanlarda yeni savaşın başlayacağını bildirib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Merkel Almaniya və Avstriyanın da bu sıraya daxil etdiyini deyib: «Mən istəmirəm ki, bu məsələ hərbi toqquşmalara gətirib çıxarsın. Almaniya Avropa Birliyinin nəhəng ölkələrindən biri kimi, bu problemdən çıxış yolu tapmalıdır. Buna nail olacağımıza əminəm». 

Bir neçə gün əvvəl BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bəyan etmişdi ki, təkcə oktyabr ayında Avropaya 220 min qaçqın gəlib ki, bu da ilin əvvəlindən bu yana rekord göstərici sayılır. 

Qeyd edək ki, miqrant axınının qarşısını almaq üçün bu günə qədər bir neçə Avropa ölkəsi, o cümlədən Avstriya, Sloveniya və Macarıstan sərhəddə yeni divar inşa edəcəyini bəyan edib.