XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 April 2017 - 23:52

“Artıq AB xətalarını anlamağa başlayıb” –Çavuşoğlu Maltadan mesaj verdi

Maltada keçirilən Avropa Birliyi (AB) ölkələrinin Xarici İşlər Nazirlərinin qeyri-rəsmi toplantısında iştirak edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlamalar verib.

Strateq.az xəbər verir ki, o, toplantıda AB ölkələrinin Türkiyəyə qarşı ikili standartlarla yanaşdıqlarını bir-bir faktlarla dilə gətirdiyini bildirib:

"Sonda Türkiyənin Avropa üçün önəmini vurğuladım. Çox açıq şəkildə "Bizimlə əməkdaşlıq edəcəksiz, dialoq içində olacaqsınız, ikili standartdan uzaq olun, açıq və səmimi olun" dedik. Artıq xətalarını anlamaya başlayıblar. Türkiyə ilə əlaqə və münasibətlərini necə düzəldəcəklərini soruşurlar. Türkiyə hər fəsili açmağa hazırdır. Bizim problemimiz texniki deyil".