Daxili işlər naziri Ramil Usubov Yasamal rayon Polis İdarəsinin Yol Polis Bölməsinə yeni rəis təyin edib.
Məlumata görə, nazirin əmri ilə bu vəzifəyə polis polkovnik-leytenantı Qəhrəman Qələndərov gətirilib.
Q.Qələndərov yeni vəzifəsindən əvvəl Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) rəisi Nuşirəvan Səfərovun müavini işləyib.
Qeyd edək ki, bir necə gün əvvəl Yasamal rayon yol polis şöbəsinin rəisi, polkovnik-leytenant Elşad Məmmədovun (millət vəkili Elman Məmmədovun oğlu) tutduğu vəzifədən azad edilməsi barədə məlumat yayılmışdı(aznews.az).