XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

04 Noyabr 2015 - 07:56

Dövlət Sərhəd Xidməti ilə bağlı sərəncam – Prezident imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncamla maddi-texniki bazanın möhkəmləndirilməsi üçün 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Dövlət Sərhəd Xidmətinə 2,1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.