XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

04 Noyabr 2015 - 09:58

Putin qələbəylə bağlı Prezident İlham Əliyevə zəng etdi – Açıqlama

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Strateq.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Məlumatda bildirilir ki, Vladimir Putin dövlət başçısını Yeni Azərbaycan Partiyasının parlament seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, Prezident İlham Əliyevə fəaliyyətində yeni-yeni uğurlar, Azərbaycan xalqına firavanlıq arzularını çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Rusiya Federasiyasının Prezidentinə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.