XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 May 2017 - 20:07

Qəbul imtahanlarının düzgün cavablarını necə öyrənmək olar? –DİM açıqladı

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 30-da ali təhsil müəssisələrinin II və III ixtisas ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarının düzgün cavablarını açıqlayıb.

Strateq.az DİM-ə istinadən xəbər verir ki, test tapşırıqlarının düzgün cavabları ilə DİM-in rəsmi internet saytında tanış olmaq olar.

Belə ki, 30 aprel 2017-ci il tarixində ali təhsil müəssisələrinin II və III ixtisas qrupları üzrə (Azərbaycan bölməsi)  keçirilən qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı > test tapşırıqlarının izahı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar (Xidmətə keçid: http://eservices.tqdk.gov.az/ejurnal/).

Rus bölməsi abituriyentləri üçün test tapşırıqlarının izahı isə sabah qeyd olunan keçiddə yerləşdiriləcəkdir.