XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

02 May 2017 - 00:59

Ağ Evdən Trampın açıqlamasına şərh:"Kim Çen Inlə görüş mümkünsüzdür”

"ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında görüş bir çox şərtlərə əməl edilməsindən asılıdır".

TASS agentliyinin verdiyi xəbərə görə, bunu Ağ Evin mətbuat katibi Şon Spayser bəyan edib.

“Bir çox şərtlər yerinə yetirilməlidir, xüsusən Şimalı Koreya tərəfindən. Hələ ki görüş üçün şərait yetişməyib. Hazırda bu mümkünsüzdür”, – deyə, Ş.Spayser bildirib(APA).

Qeyd edək ki, bu gün ABŞ prezidenti Donald Tramp “Bloomberg” agentliyinə müsahibəsində münasib vəziyyətdə Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In ilə görüşməyə hazır olduğunu bildirib.