XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 May 2017 - 09:51

Azərbaycanla Türkiyə ordusunun birgə döyüş atışlı taktiki təlimlərindən daha bir –VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən hər iki ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri başlayıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, birgə təlimlərdə şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və minaatanlar, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədi ilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edir.

Təlimlər mayın 5-dək davam edəcək.