XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 November 2015 - 14:40

9 NATO ölkəsi Rusiyaya qarşı

NATO üzvü olan 9 Mərkəzi və Şərqi Avropa ölkəsi alyansın bu gün keçirilən sammitində bir araya gəlib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, toplantıda Rusiyadan gələ biləcək təhdidlər müzakirə olunub və buna qarşı hazırlıqlı olmaqla bağlı razılığa gəlinib.

Litva, Latviya, Estoniya, Polşa, Rumıniya, Macarıstan, Slovakiya, Bolqarıstan, çexiyanın qəbul etdiyi birgə sənəddə bildirilir ki, NATO özünün şərq cəbhəsini gücləndirməlidir.

çünki Rusiyanın Ukraynadakı addımları Avropanın təhlükəsizliyinə təhdiddir: “Bu sənəd Rusiyanın Krımı qanunsuz ilhaqına cavabdır. Bu, bütün qitənin təhlükəsizliyini şübhə altına salır”. 

Sammit iştirakçılarından Litva prezidenti Dalya Qribauskayte bildirib ki, Rusiyanın proqnozlaşdırılmayan addımları təhlükəsizliyin təminatı üçün əlavə tədbirlərə zərurət yaradır.