XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

02 May 2017 - 12:32

Ərdoğan MHP-yə 4 nazir vəzifəsi verir? –Türkiyə mətbuatından yeni iddia

Türkiyədə noyabr ayında növbədənkənar parlament seçkisi olacaq.

Bu iddianı “Yeniçağ” qəzetinin yazarı Ahmet Takan səsləndirib.

O, Rəcəb Tayyib Ərdoğanın hökumətdə Milliyətçi Hərəkat Partiyasına 4 nazir vəzifəsi verəcəyini bildirib:

“Dövlət Baxçalının MHP-nin yeni kabinetə girməsinə icazə verib-verməməsindən asılı olmayaraq, böyük dəyişikliklər olacaq. Baş nazir müavini Numan Qurtulmuş Ədalət və İnkişaf Partiyasının sədr müavini olacaq. İqtisadi İnkişaf naziri Lütfi Əlvan, Ətraf Mühit və Şəhərçilik naziri Məhməd Özhaseki, İqtisadiyyat naziri Nihat Zeybəkçi istefaya gedəcəklər. Baş nazir köməkçisi Veysi Qaynaq haqqında qəti qərar verilməyib. Prezidentin mətbuat katibi İbrahim Qalın üçün isə böyük ehtimalla xarici işlər naziri postu hazırlanır.

Ən maraqlı məqam isə Baş nazirin iqtisadi məsələlər üzrə müavini Məhməd Şimşəyin yerinə keçmiş xarici işlər naziri Ali Babacanın gətirilməsidir. Onunla hələlik danışıqlar aparılır.

MHP-yə isə hökumətdə 4 nazirlik veriləcək. Böyük ehtimalla, İqtisadiyyat naziri MHP-dən olan deputat Ərhan Usta olacaq. MHP-yə bundan başqa Müdafiə Nazirliyi, İdman və Gənclər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi də veriləcək”.

Axar.az