"ABŞ Əfqanıstanı 2017-ci ildə İŞİD-dən tam azad edəcək".
Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın bu ölkədəki hərbi qüvvələrinin rəsmi nümayəndəsi Bill Salvin söyləyib.
“Onları 2017-ci ildə məhv etməyimiz üçün yaxşı şansımız var. Biz bununla hər kəsə mesaj göndərəcəyik ki, Əfqanıstan artıq kimlərinsə rahat gəlib, hücumlar törədəcəyi yer deyil”, – deyə, o, bildirib.
Qeyd edək ki, İŞİD-in əvvəllər Əfqanıstanda 3000 döyüşçüsü olub. Bu rəqəm sonradan 800 nəfərə qədər azalıb/Axar.az.