XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 May 2017 - 15:01

Spiker deputatın etirazına belə cavab verdi:"Heç qorxağa oxşamırsan..."

"Deputatı mandatdan məhrumetmə ilə məhkəmənin səlahiyyətini əlindən almış oluruq. Biz biz bunu qəbul etsək, Konstitusiyanın 90-91-ci maddələrini götürmüş oluruq”.

Bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, deputatın davranışına münasibət zavod rəhbərliyinin işçisinə olan münasibət kimi olmamalıdır: "Belə olarsa, deputat hansısa məsələ ilə bağlı çəkinəcək. Dünya praktikasında da buna həssas yanaşırlar. Bütün bunlar nəzərə alınmalıdır”.

Spiker Oqtay Əsədov isə Z.Oruca belə cavab verib: "Heç qorxağa oxşamırsan, görürsən, danışırsan”.

Deputat Tahir Kərimli çıxışında deyib ki, qanun layihəsində bəzi məsələlər izah edilməlidir:

"Layihədə "kobud pozuntu” ifadəsinə rast gəlinir. Bu, nə deməkdir? Deputat bilməlidir ki, kobud pozuntu hansı hallarda baş verir”.

Report