XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 May 2017 - 16:47

“Həvəslərini qursaqlarında qoyacağıq” –Ərdoğan Suriyada yeni əməliyyatın anonsunu verdi

"Türkiyənin növbəti hədəfləri Suriyada Münbic və Rakkadır".

Bu barədə bu gün qurucusu olduğu hakim Ədalət və İnkişaf Partiyasına (AKP) yenidən üzv olması ilə bağlı keçirilən mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

R. T. Ərdoğan deyib ki, burada əsas məsələ ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri ilə birgə addımların atılmasıdır:

“Sabah Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyəm, müzakirələr aparacağıq. Ümid edirəm ki, bu görüşdən xeyirli nəticəylə dönəcəyik. Mayın 16-da isə ABŞ-a səfərim var, ABŞ prezidenti Donald Trampla görüşəcəyəm. Bu məsələlərə eyni mövqedən yanaşaraq yeni prosesi başlada bilsək, Suriyada, hətta İraqda yeni dönəmin təməlini atmış olarıq. Hansı addım lazımdır, atarıq. Biz PKK-ın Suriya qolu PYD-nin, YPG-nin Suriyanın şimalındakı həvəslərini qursaqlarında qoyacağıq, bunu hər kəs bilməlidir”.