“Forbes”ə görə, Rusiya prezidenti Vladimir Putin dünyanın ən nüfuzlu lideridir. Putin artıq üçüncü dəfədir ki, «Forbes»in siyahısında birinciliyi ələ alır.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, jurnalın bugünkü sayında dərc olunan xəbərdə Almaniya kansleri Angela Merkel siyahıda ikinci, ABŞ prezidenti Barak Obama isə üçüncü yeri tutur.
Dördüncü yerin sahibi Roma Papasıdır. O, artıq üçüncü ildir ki, eyni pillədə qərarlaşır. çin lideri Si Tszinpin isə siyahının beşincisidir.
73 nəfərin yer aldığı siyahının «ilk onluğuna» düşənlər arasında amerikalı milyarder Bill Geyts, Britaniya baş naziri Devid Kemeron, Hindistanın baş naziri Narendra Modi və «Google»nin qurucusu Larri Peyc də var.
«Forbes»in fikrincə, bu adamlar dünya əhalisinin 0,00000001 faizini təşkil edirlər. Lakin məhz onlar dünyanı idarə edirlər. Siyahıdakı ən gənc adam isə «Facebook»un qurucusu 31 yaşlı Mark Zükerberqdir.