XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 May 2017 - 18:23

“Rusiya konstruktiv tərəfdaşdır” –Merkel Moskvada Putinlə görüşdü

Rusiya Prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında Moskvada baş tutan görüşdə G20 sammitinə hazırlıq, Suriya və Ukraynadakı vəziyyət müzakirə edilib.

Bu barədə V.Putin danışıqlardan ardından keçirilən mətbuat konfransında məlumat verib.

"Beynəlxalq problemləri, o cümlədən Suriya böhranını və Ukraynadakı vəziyyəti müzakirə etdik", – Rusiya prezidenti bildirib.

Rusiya dövlət başçısı ölkəsinin G20 sədri Almaniyaya bütün zəruri yardımı göstərməyə hazır olduğunu vurğulayıb.

 A.Merkel çıxışında V.Putinlə danışıqların intensiv hal aldığını deyib: "Rusiya konstruktiv tərəfdaşdır."

Kansler ikitərəfli, o cümlədən iqtisadi sahədə əməkdaşlıq məsələlərinin müzakirəsindən əlavə, tərəflərlərin Ukraynanın cənub-şərqindəki vəziyyəti müzakirə etdiyini vurğulayıb.

"Vəziyyətin nizamlanması üçün Normand formatını dəstəkləməyə davam edəcəyik. Çətin prosesdir, çox zəif sürətlə irəli addımlayırıq. Bu mərhələdə əsas atəşkəs və barışığı bərpa etmək, sonrakı siyasi addımları müəyyənləşdirməkdir" – A.Merkel bildirib.

Onun sözlərinə görə, Almaniya həmçinin terrorizmə qarşı birgə mübarizə çərçivəsində Rusiya ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirir.

Report