XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

02 May 2017 - 22:39

“Putinlə Ərdoğan çox mühüm danışıqlar aparacaq” –Peskov

erdogan-putin.jpg

Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayip Ərdoğan mayın 3-də Soçidə hərbi-texniki əməkdaşlıq məsələlərini təfsilatlı və kompleksli şəkildə müzakirə edəcəklər.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Türkiyə prezidenti sabah Soçiyə səfər edəcək, çox mühüm danışıqlar keçiriləcək”, – deyə Peskov qeyd edib.  

Onun sözlərinə görə, Türkiyə tərəfi görüşdə Suriya problemi, ikitərəfli əlaqələr, o cümlədən hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə etmək niyyətində olduğunu bildirib: “Çox güman ki, digər beynəlxalq və regional məsələlər də müzakirə olunacaq”.    

Peskovun “S-400” zenit-raket sistemlərinin Türkiyə tərəfindən alınması məsələsinə dair suala  cavabı belə olub: “Hərbi-texniki əməkdaşlıq kompleks və detallı şəkildə müzakirə olunacaq”. 

APA