XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 May 2017 - 11:12

Ukraynalı hüquq müdafiəçisi Ermənistan-Azərbaycan Sülh Platformasına qoşuldu –Bəyanat

Ukraynalı hüququ müdafiəçisi Anton Alekseyev Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub. 

Sülh Platformasının mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, o, bununla bağlı aşağıdakı bəyanatı verib:

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız sülh razılaşması çərçivəsində mümkündür. Bununla belə mən, Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə, hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyimi bir daha qeyd edirəm. 

BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin icrasının çox vacib olduğunu qeyd etmək istəyirəm. Həmçinin  ATƏT Minsk Qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayaraq bu fəaliyyətə dəstəyimi bildirirəm.

 Münaqişədən əvvəl Erməni və Azərbaycan xalqlarının sülh içində birgə yaşayışlarının şahidiyəm. Bu münasibətlər əsrlərlə formalaşıb. Lakin çox böyük təəssüf hissi ilə onu qeyd etmək istəyirəm ki, münaqişənin həll olunmaması nəticəsində hər iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşır. 

Xalqların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin sülh yolu ilə həlli ideyasını tam dəstəkləyirəm. Bu səbəbdən, mən bu unikal  təşəbbüsə öz dəstəyimi ifadə edirəm və əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm”.

Strateq.az