XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

05 Noyabr 2015 - 10:23

Saakaşvili razılıq verdi – Baş nazir olmağa hazırdı

Odessanın qubernatoru Mixail Saakaşvili Ukraynada baş nazir postunu tutmağa hazır olduğunu bəyan edib.

Strateq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Saakaşvili bunu «Politico» nəşrinə müsahibəsində deyib: «Böyük dəyişikliklər və islahatlar prosesində iştirak etmək istərdim».

Saakaşvili onu da bildirib ki, administrasiya rəhbəri onun arzu etdiyi yer deyil.

Qubernator baş nazir növbəti dəfə Arseni Yatsenyuku ittiham edərək onun lideri olduğu Xalq Cəbhəsi Partiyasının yerli seçkilərə qatılmamasını normal olmayan hal kimi qiymətləndirib.

Qeyd edək ki, bir müddət əvvəl ukraynalılar prezident Pyotr Poroşenkonun rəsmi saytına Saakaşvilini baş nazir görmək istədikləri barədə petisiya yerləşdirmişdilər. Petisiya 5 gün ərzində 25 min imza toplamışdı.

Həmin vaxt Saakaşvili baş nazir olmaq istəmədiyini bildirmişdi.