Xəbər verilidiyi kimi, Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 30-da ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib. Bununla bağlı Dövlət İmtahan Mərkəzi qəbul imtahanı verən abituriyentlərə müraciət edib.
DİM-in mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, abituriyentlər imtahanların nəticələrini "Azercell" mobil operatoru vasitəsilə Dövlət İmtahan Mərkəzi tərəfindən müvafiq nəticələr rəsmi elan olunan gündən etibarən öyrənə biləcəklər.
Nəticələri öyrənmək üçün iş nömrəsini 7727-yə göndərmək lazımdır. Abonentin nömrəsinə toplanan bal haqqında məlumat göndəriləcək.
Xatırladaq ki, imtahan nəticələri eyni zamanda DİM-in internet saytında (dim.gov.az) yerləşdiriləcək".