XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 November 2015 - 12:59

«Die Welt»dən sensasion iddia: «NATO Rusiya ilə savaşa hazırlaşır»

Nüfuzlu «Die Welt» nəşri son sayında sensasion iddia ilə çıxış edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, qəzet NATO-nun Rusiya və İŞİD-lə savaşa hazırlaşdığı barədə məlumat yayıb.

«NATO Putin və İŞİD-ə qarşı savaşa hazırlaşır» başlıqlı məqalədə qeyd olunur ki, hazırda alyans iki böyük təhlükə ilə üz-üzədir: «Şərqdən Rusiya, cənubdan İŞİD. Avropa təhdidlə əhatə olunub. Alyans bu böhranın idarə olunması üçün mümkün əməliyyatlara hazırlaşır. NATO-dan yaxın vaxtlar üçün hansı gözləntilərin olacağını heç kim bilmir. Ona görə də qurum hər bir şeyə hazırlıqlı olmaq istəyir. Baş katib Yens Stoltenberq deyir ki, NATO dünyadakı ən güclü hərbi ittifaqdır. Lakin dünya dəyişir, ona görə NATO da dəyişməlidir».