XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

05 Noyabr 2015 - 13:10

Nazir Ramil Usubovdan daha bir əmr – Təyinat
 
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yeni rəis müavini təyin edilib.
 
Məlumata görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polkovnik-leytenant Elşad Məmmədov Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb(APA).
 
Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini Qəhrəman Qələndərov tutduğu vəzifədən azad edilərək Yasamal rayon Polis İdarəsinin Yol Polisi Bölməsinə rəis təyin edilib.
 
Onu da qeyd edək ki, Elşad Məmmədov millət vəkili Elman Məmmədovun oğludur.