XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 May 2017 - 09:10

Təhlükəsiz xidmətinin əməkdaşları səhvən naziri güllələyərək öldürüb –Somalidə

Somalidə təhlükəsiz xidmətinin əməkdaşları səhvən ölkənin İctimai işlər və yenidənqurma naziri Abbas Abdullahini güllələyərək öldürüblər.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, insident paytaxt Moqadişoda, prezident sarayının qarşısındakı nəzarət-keçid məntəqəsində baş verib.

Polis nümayəndəsi Nur Hüseynin sözlərinə görə, təhlükəsiz xidmətinin əməkdaşları avtomobildə terrorçuların olduğunu zənn edərək atəş açıblar.

Qeyd edək ki,  Somalidə “Əl Qaidə” ilə əlaqəli olan “Əş-Şəbab” terrorçu qruplaşması fəaliyyət göstərir. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır. Ötən ilin iyun ayında Somalinin Ətraf mühit naziri Buri Həmzə “Əş-Şəbab” terror qruplaşmasının Moqadişoda otelə hücumu nəticəsində öldürülüb.