XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

05 Noyabr 2015 - 13:20

MSK İqbal Ağazadənin ümidini “dəfn” etdi – Açıqlama

Mətbuatda Mərkəzi Seçki Komissiyasının (MSK) saytında 35 saylı dairə üzrə nəticələrin sıfırlanması ilə bağlı məlumatlar yayılıb. Bu isə dairənin nəticələrinin yaxın günlərdə ləğv olunacağı anlamına gələ bilər. 

Strateq.az AzNews.az-a istinadən xəbər verir ki, MSK-nın media və ictimai əlaqələr şöbəsinin rəhbəri Şahin Əsədli bildirib ki, yayılan məlumatlar əsassızdır: “Qurumun saytında həmin dairənin nəticələrinin sıfırlanmasını doğru deyil. Hazırda mənim qarşımda saytın səhifəsi açıqdır. Hər şey öz qaydasındadır. Elə bir şey olması mümkün deyil”. 

Xatırladaq ki, həmin dairədən namizədliyini verən ümid Partiyasının sədri İqbal Ağazadə nəticələrin sıfırlanaraq silindiyi xəbərinin doğru olduğunu bildirib. 

Qeyd edək ki, MSK tərəfindən noyabrın 1-də keçirilən seçkilərdə 35 saylı Xətai 3-cü seçki dairəsi üzrə Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadənin qələbəsi elan olunub. Amma digər iddiaçı ümid Partiyasının sədri İqbal Ağazadə nəticələrin saxtalaşdırıldığını bildirir. O, üç məntəqədən protokolları əldə edə bilmədiyini, məhz bu məntəqələr üzrə A.Əlizadəyə 2800 səs yazıldığını və bunun hesabına onun qalib elan olunduğunu bəyan edir.