XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 May 2017 - 12:02

Prezident NATO Baş katibinin müavinini qəbul edib –Müzakirə + FOTO

Bu gün prezident İlham Əliyev NATO Baş katibinin ictimai məsələlər üzrə müavini Tacan İldemi qəbul edib.

Strateq.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Tacan İldem NATO baş katibinin ictimai məsələlər üzrə müavini vəzifəsində Azərbaycana ilk dəfə gəldiyindən məmnunluğunu ifadə edib, ölkəmizə sonuncu səfərindən iki il keçməsinə baxmayaraq, böyük bir inkişaf prosesinin şahidi olduğunu vurğulayıb.

Prezident İlham Əliyev NATO baş katibinin ictimai məsələlər üzrə müavini Tacan İldemin Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarasi Dialoq Forumunda iştirakından məmnunluğunu ifadə edib. NATO ilə əlaqələrə toxunan dövlət başçısı ölkəmizin bu təşkilatla uzun illər səmərəli əməkdaşlıq həyata keçirdiyini bildirib, Azərbaycanın müxtəlif proqramlar, o cümlədən “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində sülhməramlı əməliyyatlarda həmişə etibarlı tərəfdaş kimi çıxış etdiyini deyib.

Prezident İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycan sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verir, eyni zamanda, Azərbaycan hərbiçiləri Əfqanıstanda təhlükəsizliyin təmin olunması işində iştirak edir, həmçinin Azərbaycan Əfqanıstanla müxtəlif sahələrdə əməkdaşlığı genişləndirir.

Görüşdə Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarasi Dialoq Forumunun əhəmiyyəti qeyd olunub, bu tədbirin ölkələr və xalqlar arasında əlaqələrin möhkəmləndirilməsində rolu vurğulanıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.