XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 May 2017 - 12:11

24 yaşlı qızı maşını ilə öldürən şəxs tanınmış iş adamının oğlu çıxdı –Təfərrüat

Dünən saat 16 radələrində Bakının Sabunçu rayonu ərazisində Bakıxanov qəsəbəsindən metronun "Neftçilər" stansiyası istiqamətinə gələn yolda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Strateq.az lent.az-a istinadən maşınla 24 yaşlı Xəyalə Məmmədovanı vurub qaçan Fərəcli Ağaəli Füzuli oğlunun qəzanı 99 BS 999 dövlət nömrə nişanlı "Porsche Cayenne Magnum" markalı avtomobillə törətdiyi üzə çıxıb. Kamera görüntüləri əsasında sürücü və nəqliyyat vasitəsi müəyyənləşdirilib.

Bildirilir ki, hadisəni törədən A.Fərəcli tanınmış iş adamı Füzuli Fərəcovun oğludur. O, Bakıxanov qəsəbəsində yaşayır və burada bir neçə restoranı var. Qəzanı törədən avtomobilin qiyməti isə 200 min manatdan başlayır.

Qeyd edək ki, X.Məmmədova 3 saylı şəhər xəstəxanasında vəfat edib.