XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 May 2017 - 12:14

“Bundan sonrakı proses Putinə qaldı” –Ərdoğan fotolarla Putinə şikayətlənib (FOTOLAR)

Soçidə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı ona YPG ilə rus əsgərlərinin birlikdə olduğu fotoları göstərib.

Ərdoğan bunu jurnalistlərə açıqlamasında deyib.

“Fotoları təqdim etdik. Tarixləri, çəkildiyi yerləri göstərdik. Məsələni izah elədik. Bundan sonrakı proses Putinə qaldı”, – Türkiyə prezidenti bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl rus əsgərlərinin YPG terror təşkilatının üzvləri ilə çəkilən fotoları yayılmışdı.

Türkiyədə xüsusi narahatlıqla qarşılanan fotoları təqdim edirik:

Axar.az