XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 May 2017 - 15:10

Rusiya, Türkiyə və İran razılığa gəldi –Suriya ilə bağlı memorandum

Rusiya, İran və Türkiyə Suriyada deeskalasiya zonaları haqqında memorandumun bəndləri barədə razılığa gəliblər.

Bu barədə informasiyanı TASS agentliyi yayıb. Agentlik artıq memorandumda işlərin son mərhələsinin aparıldığını bildirib.

Sənədin bu gün, Suriya ilə bağlı ötən gündən başlayan və hazırda davam edən Astana görüşündə imzalanması nəzərdə tutulub.

Qeyd edək ki, Rusiya Astana görüşündən öncə Suriyanın 4 təhlükəsizlik zonasına bölünməsini təklif etmişdi. Artıq Suriya hökuməti də bu tipli zonaların yaradılmasına izn verib/Axar.az.