XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 May 2017 - 18:11

“Ermənistanı Bakıya dəvət etmişdik, təəssüf ki…” –Əbülfəs Qarayev

"Dağlıq Qarabağ münaqişəsi bütün Forum iştirakçılarına yaxşı məlumdur. Biz beynəlxalq təşkilatlar vasitəsilə Ermənistanı da bu Foruma dəvət etmişdik. Təəssüf ki, Ermənistan hələ belə müzakirələrə hazır deyil".

Bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, problemlərin həllində mədəniyyətlərarası dialoq mühüm rol oynaya bilər:

"Azərbaycan belə dialoqa hazırdır. İstərdik ki, dünyada problemlər qarşılıqlı anlaşma, sülh yolu ilə həll olunsun. Ancaq hansısa dövlət BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət etmirsə, bu, müəyyən qədər həmin dialoqa hazır olmamasından xəbər verir. Forumda mədəniyyətlərarası dialoqun bu istiqamətdə rolu barədə ciddi müzakirələr aparılacaq".

APA