XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 May 2017 - 19:30

ABŞ Dövlət Departamenti Azərbaycan iqtidarına səsləndi:"Siyasi fəalları azad edin"

Amerika Birləşmiş Ştatlar Azərbaycan hökumətini bloger Mehman Qələndərovun həbsxanada ölümü ilə bağlı təhqiqat aparmağa çağırır.

 ABŞ Dövlət Departamentinin bəyanatında Birləşmiş Ştatların blogerin ölümülə bağlı dərin narahatlıq ifadə etdiyi bildirilir.

Bununla yanaşı, ABŞ həmçinin Azərbaycan hökumətini həbsdə olan bütün fəalları azad etməyə çağırır:

"Birləşmiş Ştatlar azərbaycanlı bloger və fəal Mehman Qələndərovun aprelin 28-də Azərbaycan hakimiyyəti tərəfindən həbsdə olduğu zaman ölümünü dərin narahatlıq hissi ilə qeyd edir. Biz Azərbaycan hökumətini cənab Qələndərovun ölümülə bağlı hərtərəfli, şəffaf və müstəqil təhqiqat aparmağa və fundamental azadlıqlarından istifadə etdiklərinə görə həbsdə olan bütün fəalları azad etməyə çağırırıq".

Amerikaninsesi.org